Fransanın Ansi şəhərində, Alp dağlarının ətəyində suriyalı qaçqın parkda oynayan uşaqlara bıçaqla hücum edərək terror aktı törədib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dördü uşaq olmaqla 6 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.
Fransanın İsveçrə sərhədinə yaxın şəhərlərindən biri olan Annesidə sözün əsl mənasında dram baş verib. Qaçqın statusu olduğu müəyyən edilən Suriya əsilli şəxs səhər saatlarında Annesi gölünün sahilindəki parkda uşaqlara hücum edib. Bıçaqlı hücumda iki ilə üç yaş arasında dörd uşaq və iki böyük yaralanıb. Dörd uşaq və bir yetkinin həyatı üçün təhlükə olduğu bildirilir.
Fransız mətbuatı tərəfindən adını Abdalmash H. (32) olaraq bildirən evli və üç yaşında bir uşağı olan təcavüzkar hücumdan 4 dəqiqə sonra təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şəxs oyun meydançasında ayağa qalxaraq “İsanın adı ilə” qışqıraraq, birbaşa uşaq arabalarının yanına gedib və bıçaqla uşaqları dəfələrlə bıçaqlayıb. Hadisənin video qeydində təcavüzkarın soyuqqanlılıqla körpələrə və böyüklərə bıçaqla hücum etdiyi, parkda olanların isə qışqıraraq qaçmağa çalışdığı görünür.