Fransada qrunt sularının səviyyəsi aşağı düşüb, quraqlıq xəbərdarlığı edilibbackend

Fransada qrunt sularının səviyyəsi aşağı düşüb, quraqlıq xəbərdarlığı edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın ekoloji transformasiya naziri Kristof Beçu ölkədə yeraltı suların səviyyəsinin mövsümi normalardan aşağı olduğunu və yayın quraq keçə biləcəyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

O xəbərdarlıq edib ki, ölkə bu yay quraqlıqla üzləşə bilər.

Xüsusilə Rhone Vadisi və Aralıq dənizi sahilləri kimi cənub bölgələrində quraqlıq riski ilə bağlı ciddi narahatlıqları olduğunu dilə gətirən Bechu, daha çox suya qənaət edilməsi lazım olduğunu vurğulayıb.

Bechu bildirib ki, ölkənin qrunt sularının 66 faizi iyun ayı üçün normadan aşağı olub, artıq 15 regionda sudan istifadəyə ciddi məhdudiyyətlər var.

Beçu bəyan edib ki, bu yay keçən il quraqlıq səbəbindən meşə yanğınlarının təkrarlanma riski var.

Ölkənin bəzi bölgələrində son həftələrdə təsirli olan leysanlarda nəmin bitkilər tərəfindən udulduğunu ifadə edən Beçu, bu yağışların yeraltı su səviyyəsinə müsbət təsir etməyəcəyini ifadə etdi.

Prezident Aparatının “görünməmiş iqlim hadisəsi” olaraq xarakterizə etdiyi keçən ilki meşə yanğınları 72 min hektar əraziyə təsir göstərmiş və təxminən 60 min insanın təxliyəsinə səbəb olmuşdur.

Bildirilib ki, ötən ildən ölkənin yanğınsöndürmə imkanları artırılıb, o cümlədən yanğınlara cavab vermək üçün təyyarələrin sayı 38-dən 47-yə çatdırılıb.

Hökumət həmçinin 3600 ehtiyat yanğınsöndürənini böhran bölgələrinə yerləşdirməyə hazır saxlayacaq.