Fransada son 30 ilin ən aşağı doğum göstəricisi mart ayında olubbackend

Fransada son 30 ilin ən aşağı doğum göstəricisi mart ayında olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada son 30 ilin ən aşağı doğum göstəricisi mart ayında olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) aylıq demoqrafik hesabatına görə, mart ayında Fransada hər gün orta hesabla 1816 körpə doğulub.

Doğulanların sayı son 30 il ərzində hər ay məlumatların qeydə alındığı 1994-cü ildən bəri ölkədə ən aşağı səviyyəyə düşüb.

Bundan əlavə, 2022-ci ilin mart ayı ilə müqayisədə bu ilin eyni dövründə yeni doğulanların sayında 7 faiz azalma müşahidə olunub.

Paytaxt Parisin yerləşdiyi İle-de-Frans və Oksitaniya bölgələrində körpə doğuşları Fransanın xarici ərazilərindən daha çox azalıb.

INSEE yeni doğulanların sayındakı bu azalmanı həm reproduktiv yaşda olan qadınların sayının azalması, həm də son illərdə doğuş səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirir.

Ötən il ölkədə doğulan 723 min körpə ilə yeni doğulanların sayı 1946-cı ildən bəri ən aşağı illik göstərici olub.

Əhali artım tempinin azalmasında əksəriyyəti mühacir mənşəli olan 161 mindən çox insanın deportasiya edilməsinin də təsirli olduğu bildirilib.