Fransada son günlər artan saxta bomba təhdidləri ilə bağlı 18 nəfərin saxlanıldığı bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Son günlər ölkədə məktəb, muzey və hava limanı kimi bir çox ictimai yerlər saxta bomba təhdidləri səbəbindən boşaldılıb.
Fransanın BFMTV kanalında qonaq olan daxili işlər naziri Gerald Darmanin son 48 saatda saxta bomba təhdidləri ilə bağlı 18 nəfərin saxlanıldığını açıqlayıb.
Əksəriyyəti azyaşlı olan bu şəxslərin hakim qarşısına çıxarıldığını bildirən Darmanin, digər xəbərlərinin səbəbkarlarının axtarışını davam etdirdiklərini qeyd edib.