Fransada son sutkada 25 mindən çox şimşək çaxıbbackend

Fransada son sutkada 25 mindən çox şimşək çaxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada son 24 saat ərzində 25 mindən çox ildırım vğ şimşək çaxması qeydə alınıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ölkə ərazisində pis hava şəraiti ilə əlaqədar 69 rayon narıncı həyəcan səviyyəsinə keçib.

Fransanın Keraunos Qasırğa və Fırtına Rəsədxanasının məlumatına görə, dünən günortadan sonra başlayan fırtınalı hava şəraiti zamanı son 24 saatda 25 mindən çox ildırım çaxması qeydə alınıb.

Belə ki, bu bölgələrdə saatda orta hesabla 1041 dəfə ildırım çaxıb.

Fırtınalı hava şəraiti ilə əlaqədar ölkənin şərqində güclü dolu yağıb.

Digər tərəfdən sosial mediada ölkənin müxtəlif bölgələrində ildırım çaxma anlarını əks etdirən çoxlu görüntülər paylaşılıb.

Fransa mətbuatı həmçinin pis hava şəraiti səbəbiylə 69 bölgədə orta səviyyə olan narıncı həyəcan səviyyəsinin keçdiyini bildirib.

Fransa Meteorologiya İdarəsi cümə axşamı günü xəbərdarlıq edib ki, yaxın günlərdə ölkənin bir çox bölgələrində güclü tufanlar və yağıntılar olacaq.

Qeyd edək ki, ara-sıra yağış yağsa da, Fransa Avropanın ən quraq dövrü olan əsas ölkələri sırasındadır.