Fransada iyunun 27-də Nael M.-nin polisin açdığı atəşdən öldürülməsinin ardınca baş verən hadisələrdə gəncə zorakılıq tətbiq edən 7 polis məmuru saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Naelin öldürülməsindən sonra iyulun 2-də Marseldə təşkil edilən etiraz aksiyasında 7 polis məmuru “dövlət orqanı tərəfindən zorakılıq törədilib” səbəbiylə nəzarətə alınıb.
Zorakılığa məruz qalan 22 yaşlı Hedi adlı gənc 8 günlük əlillik hesabatı alıb, iyulun 5-də bu hadisə ilə bağlı araşdırma başladılıb.
Hedi istintaq çərçivəsində verdiyi ifadəsində hadisə baş verən gün onun başına rezin güllə dəydiyini və polisin onu döydüyünü bildirib.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən Hedi komaya düşüb və bir neçə saat sonra oyanıb.
Fransada etirazlar
Fransada polisin açdığı atəşdə həyatını itirən Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxıb və polislə qarşıdurma yaşanıb.
Paris, Marsel və Lion da daxil olmaqla bir çox şəhərdə keçirilən etiraz aksiyalarında talan və qarət hadisələri baş verib.