Fransan XİN rəhbəri: “ABŞ İsrailə Livanla bağlı təzyiq göstərməlidir”backend

Fransan XİN rəhbəri: “ABŞ İsrailə Livanla bağlı təzyiq göstərməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa ABŞ-ni İsrailin hərbi əməliyyatlarını dayandırmağa məcbur etməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyan edib ki, ABŞ rəhbərliyi İsrailin Livandakı hərbi əməliyyatlarını tamamilə dayandırması üçün rəsmi Təl-Əvivə təzyiq göstərməlidir.

Fransalı nazir həmçinin qeyd edib ki, Paris Livan ordusuna beynəlxalq dəstəyin səfərbər edilməsi məqsədilə xüsusi beynəlxalq konfransın təşkil olunması üzərində işləri davam etdirir.

Barrotun bu bəyanatı İsrail ordusunun Livanın cənubunda yerləşən “Hizbullah” hərəkatının hərbi obyektlərinə yeni hava zərbələri endirdiyini açıqlamasından dərhal sonra səsləndirilib.

Rəsmi Təl-Əviv bu zərbələrin “Hizbullah”ın əldə olunmuş atəşkəs rejimini dəfələrlə və kobud şəkildə pozmasına cavab olaraq endirildiyini bəyan edib.

Hazırda regionda kövrək atəşkəs razılaşmasının tamamilə çökməsi təhlükəsi mövcuddur.

Beynəlxalq vasitəçilər, xüsusən də ABŞ və Fransa diplomatları vəziyyəti sabitləşdirmək üçün intensiv təmaslar aparırlar.

Xuraman Etibarlı

İnterpress.az