Futbol millimiz özü kimi xalsız olan rəqibinə qarşıbackend

Futbol millimiz özü kimi xalsız olan rəqibinə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində millimiz növbəti oyununu keçirəcək. Azərbaycan millisi Dublində İrlandiyanın qonağı olacaq.

Hər iki komandanın aktivində xal olmadığından, bu matç qrup autsayderlərinin görüşü kimi səciyyələndirilə bilər. Tərəflər əsas komanda səviyyəsində ilk dəfə üz-üzə gələcəyindən, bu, ilk matç kimi tarixə düşəcək.

Qeyd edək ki, millimiz sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

4 sentyabr

20:00 İrlandiya – Azərbaycan

Baş hakim: Jerom Brisar (Fransa)

Dublin. “Aviva” stadionu