Gənc ailələrə GÜZƏŞT: İki uşağı olan valideynlər ipoteka ödənişlərindən AZAD OLACAQLARbackend

Gənc ailələrə GÜZƏŞT: İki uşağı olan valideynlər ipoteka ödənişlərindən AZAD OLACAQLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada iki uşaq sahibi olan ailələrə ipoteka ödənişlərində 1.5 illik möhlət veriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçov iki uşağı olan valideynlərin ipoteka ödənişlərindən müvəqqəti azad ediləcəyini bəyan edib.

Yeni qaydalara əsasən, ikinci uşağın doğulmasından və ya övladlığa götürülməsindən sonra borcalanlar gəlirlərinin azalması barədə hər hansı rəsmi arayış təqdim etmədən istənilən vaxt ipoteka ödənişlərinə möhlət (təxirəsalma) rəsmiləşdirə biləcəklər. Bu güzəştli dövr bir yarım ilə (18 aya) qədər davam edə biləcək.

Yeni qanunvericilik güzəşti 2026-cı ilin sentyabr ayından etibarən qüvvəyə minəcək.

Deputat Tolmaçov vurğulayıb ki, bu qayda hətta köhnə, yəni əvvəllər rəsmiləşdirilmiş ipoteka kreditlərinə də şamil olunacaq.

Hökumət rəsmiləri bu addımın ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılmasına, gənc və çoxuşaqlı ailələrin maddi rifahının qorunmasına və mənzil təminatının asanlaşdırılmasına yönəldiyini bildiriblər.

Hazırda Dövlət Dumasında qanun layihəsinin qəbulu istiqamətində müvafiq işlər aparılır.

Xuraman Etibarlı

İnterpress.az