Qonşu Gürcüstanın Bolnisi rayonunda 30 yaşlarında olan Davit Rexviaşvili adlı gəncin meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, onun cansız bədəni şəhərdə mövcud stadionlardan birində aşkar edilib. Məlumatlara görə, Rexviaşvili ilə təqsirləndirilən şəxs arasında əvvəllər də ciddi qarşıdurma olub. Hadisə baş verən zaman isə stadionda onlar arasında daha bir münaqişə yarandığı bildirilir. Öldürülən gəncin yaxınlarının sözlərinə görə, onu of tüfəngi ilə qətlə yetirən şəxs artıq polisə təslim olub. Qeyd edək ki, Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələki açıqlama verməyib.