Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “Təhsildən peşəyə” – “Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması özünüməşğulluğunun təmin edilməsi məqsədilə tədbirlərin təşkili” adlı layihə başa çatıb.
İnterpress.az xəbər verir ki, layihə Şəmkir rayonunda peşə təhsili müəssisələrində təhsil alan gənc qızlara biznes sahəsində təlimlərin və biznes ideyalarının təhlil olunması, köməklik göstərilməsi məqsədi ilə həyata keçirildi.
12 – 13 oktyabr 2023-cü il tarixlərində layihə çərçivəsində Şəmkir Peşə Liseyində təhsil alan gənc qızlar ilə ilkin görüş və biznes təlimi keçirildi. Görüşdə ilkin çıxışda qonaqları və iştirakçıları Liseyin direktoru Nizami Əhmədov salamladı. Sonra “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin icraçı direktoru və layihə rəhbərinin asistenti Aynur Musayeva layihə haqqında geniş məlumat verdi.
“Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin İdarə Heyətinin sədri, həmçinin layihə rəhbəri Pərvanə Mustafayeva iştirakçıları salamladı və layihənin əsas məqsədini vurğulayaraq, gənc qızların ali və ya peşə təhsilinə cəlb etməklə öz bizneslərini qurmağa və özlərini inkişaf proqramlarına necə həsr edilməsindən danışdı. Sonra isə BMT-nin sertifikatlaşdırılmış təlimçisi Malik Əmirxanlı layihə iştirakçılarına “Biznes nədir?” təlimini keçirdi. Təlimdə ilkin olaraq biznes ideyalar, biznesin əsasları haqqında məlumat verdi.
Tədbirin 2-ci günündə Şəmkir rayonunun “Min bir Şirniyyat Evi”nin təsisçisi və rəhbəri Bayramova Yeganə gənc qızlara öz uğur hekayəsini bölüşdü. Sonra tədbir iştirakçıları gələcək planlarını yazdılar və səsləndirdilər.
3 ay müddətində keçirilən layihədə Şəmkir Peşə Liseyində təhsil alan 20 nəfərdən çox gənc qızlar iştirak etdilər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.
Tədbir iştirakçıları bir daha fəallıqlarını göstərdilər və layihə təşkilatçılarına öz minnətdarlıqlarını bildirərək belə görüşlərin və təlimlərin daima keçirilməsini təklif etdilər.