General həbs edildibackend

General həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda general həbs edilib.

İnterpress.az xəbər verir ki, Məhsa Əmininin ölümünün təfərrüatlarını açıqlayan general şəxsi mənzilində həbs edilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandirlərindən general Məhəmməd Bağır Bəxtiyar İslam Respublikası təhlükəsizlik qüvvələrinin evinə hücumu nəticəsində həbs edilib və şəxsi əşyaları da müsadirə edilib.

Bəxtiyar daha əvvəl bir audio faylı yayaraq İslam Respublikası hökumətini “Mehsa Əmininin” ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

O, bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnoz qoyublar”.

Keçmiş İran İnqilabı Keşikçiləri Korpusunun komandiri İslam Respublikasının hakimiyyət orqanlarını “iddialı və kimliksiz” kimi xarakterizə edərək demişdi ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha ​​az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.

“Artıq xalqın əsas hədəfi rəhbərlikdir, şüarlar bir başa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”,-deyə, general Məhəmməd Bağır Bəxtiyar sıəs yazısında bildirmişdir.

İranın “Səham news” media orqanı generalın həbs xəbərini təsdiq edərək onun harada saxlanıldığı barədə məlumat verilmədiyini yazıb.

O, İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın hərbi dəniz qüvvələrinin qurucularındandır.