Gərginləşən Azərbaycan-İran münasibətləri: “Bu, Tehranın ucbatından baş verir”backend

Gərginləşən Azərbaycan-İran münasibətləri: “Bu, Tehranın ucbatından baş verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran-Azərbaycan münasibətlərində yaşanan gərginlik epizodik xarakter daşımır”.

Bu sözləri bir neçə gün öncə “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Azərbaycan prezidenti İlham Əliyevin İranla bağlı fikirlərini şərh edən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

O, bildirib ki, prezident İranın üç keçmiş prezidenti – Hatəmi, Əhmədinejad və Ruhaninin adını çəkərək mövcud İran-Azərbaycan münasibətlərinin pisləşməsində müqəssir olaraq İranı göstərir:

“Rəsmi Bakı həqiqətən də İranla münasibətləri korlamaq istəsəydi, prezidentin dediyi kimi Hatəmi, Əhmədinejad və Ruhaninin prezidentlik müddətində bunu edərdi. Əgər münasibətlər məhz indi pozulursa, bu, rəsmi Bakının deyil, Tehranın ucbatından baş verir. Prezident “biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır” deyərək İran ərazisində yaşayan azərbaycanlıların məsələsinə yer verir. Bununla da Bakı İrandakı azərbaycanlıların yanında olduğunu göstərərək Tehrana yumşaq mesaj verir. Nəticə etibarilə demək olar ki, İran-Azərbaycan münasibətlərində yaşanan gərginlik epizodik xarakter daşımır. Rəsmi Bakı bundan sonra İranla münasibətlərə ehtiyatlı yanaşmayacaq”.