Gömrük Komitəsinin rüşvətə görə tutulan sabiq vəzifəli şəxsi məhkəmədə dindirilibbackend

Gömrük Komitəsinin rüşvətə görə tutulan sabiq vəzifəli şəxsi məhkəmədə dindirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rüşvət almaqda təqsirləndirilən Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun keçmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib.

İttiham aktına görə, C.Məmmədov həmin vəzifədə işləyərkən 2022-ci il tarixdə Qusar rayonunun Şirvanovka kəndində yerləşən Azərbaycanın Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Rəfail Şəriflinin idarə etdiyi avtomobilinə yoxlamanı səthi həyata keçirib, gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra etməklə həmin şəxsdən 40 manat məbləğində pulu rüşvət qismində alaraq onu buraxıb.

Bundan başqa, C.Məmmədov həmin vəzifədə işləyərkən, İlham Əsgərovdan 11 min 500 ABŞ dolları pul vəsaitini Şirvanlı Gömrük Postundan Rusiyaya keçirtməyə köməklik göstərdiyi üçün 600 manat pul alıb.

C.Məmmədov təkrarən İ.Əsgərovun ümumilikdə 11 min 500 ABŞ dolları məbləğini ölkə kənarından keçirməsinə göz yumaraq ondan 400 manat rüşvət alıb.

Məhkəmədə C.Məmmədov elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

O deyib ki, 2022-ci il tarixdə Qusar rayonunun Şirvanovka kəndində yerləşən Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Rəfail Şərifli adlı şəxs idarə etdiyi avtomobilinə yoxlamanı həyata keçirib:

“Yoxlama zamanı maşında mühərrik və “PlayStation” “cosik”ləri var idi. Buna göz yummağım üçün 40 manatı mənə özü məcbur verdi, qəbul etdim. İkinci epizodda isə İlham Əsgərov adlı şəxs gömrük məntəqəsinə gəldi. Onun üstündə 11 min 500 ABŞ dolları var idi. O, bu pul vəsaitini Şirvanlı Gömrük Postundan Rusiyaya keçirtməyə köməklik göstərməyimi xahiş etdim. Buna görə 200 manat və 400 manat pulu özü mənim kartıma köçürdü”.

Daha sonra şahid qismində Dövlət Sərhəd Xidmətinin əməkdaşı A.Qasımov dindirilib. O söyləyib ki, hadisə vaxtı İlham Əsgərovun üstündə pul olub: “Onun pasportunu özüm yoxlamışam. Mənə deyildi ki, həmin şəxs Cavidin qohumudur. Cavidin ondan pul götürməsi ilə bağlı heç bir məlumatım yox idi”.

İlham Əsgərov ifadəsində bildirib ki Rusiyaya pul keçirmək üçün təqsirləndirilən şəxslə görüşüb.

Onun sözlərinə görə, növbədə dəfə üzərimdə pul keçirmək istəyəndə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar:

“Üzərimdə 12 min dollar var idi. Pulu keçirmək üçün gömrük sənəd istəyirdi. Birinci dəfə bu məsələyə görə Cavidlə görüşdüm. İkinci dəfə işi həll etmək üçün özü ilə telefonda danışdım. Cavid mənə dedi ki, “300 manat ver, pulu keçirməkdə sənə kömək edəcəm”.

Məhkəmənin növbəti iclası iyunun 8-nə təyin edilib.

Qeyd edək ki, C.Məmmədova Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.