Göyçayda itkin düşən hamilə qadının meyiti tapıldıbackend

Göyçayda itkin düşən hamilə qadının meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda itkin düşən Ucar rayon sakini olan qadının meyiti tapılıb.

onun meyiti Göyçay rayonundan axan kanalın Cəyirli kəndindən keçən hissəsindən aşkarlanaraq sudan çıxarılıb.

Məlumatlara görə, N.Şixiyeva adlı qadının intihar etdiyi ehtimal olunur. Qadın hamilə olub.

Faktla bağlı araşdırma aparılır.

15:32

Ucar rayon sakini Göyçayda itkin düşüb.

bu gün saat 11 radələrində bir qadının Potu kəndi ərazisində itkin düşməsi ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında hadisə yerində aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs 1992-ci il təvəllüdlü Ucar rayon sakinidir.

O, qaynı ilə birlikdə İsmayıllı rayonundan qayıdarkən Yuxarı Şirvan kanalının Potu kəndi ərazisindən keçən hissəsində əlində olan sellofan torbanı atmaq üçün avtomobili saxlamasını xahiş edib.

Daha sonra qadının geri dönmədiyini görən qaynı onun axtarışlarına başlayıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda məsələ ilə əlaqədar həmin ərazidə polis əməkdaşları tərəfindən axtarış aparılır.