Göyçayda Regionda ilk dəfə keçirilən “Öz Mahnını Oxu” adlı musiqi müsabiqəsi baş tutub.
İnterpress.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun təşkil etdiyi layihənin müsabiqə mərhələsi keçirilib.Həyata keçirilən müsabiqədə bir çox dövlət qurumlarının nümayəndələri, ekspertlər, musiqiçilər və Göyçay gəncləri iştirak ediblər.
Müsabiqənin münsiflər heyəti iştirakçılara təqdim edildikdən sonra, gənclərin ifaları dinlənilib.15 ifaçı arasından:
Əvəz Əmirli “Sinyaya veçnost” mahnısı ilə I yeri;
Namiq Məhərrəmli “Küçələrə su səpmişəm” mahnısı ilə II yeri;
Nailə Fətəliyeva “Dilbərim” mahnısı ilə III yeri qazanıb.
Layihə Göyçay, Ağdaş və Ucar rayonlarında yaşayan, musiqi istedadı olan 18-29 yaş arası gənclərin istedadlarının üzə çıxarlımasını və onların tanıdılması məqsədilə baş tutub.
Qeyd edək ki, müsabiqənin həyata keçirilməsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyi, Göyçay Heydər Əliyev Mərkəzi və Arif Məmmədov adına Göyçay Musiqi Məktəbi ilə əməkdaşlıq edilib.