Güclü Azərbaycanın ideya əsasının müəllifi və banisi Böyük Rəhbər Heydər Əliyevdir – RƏYbackend

Güclü Azərbaycanın ideya əsasının müəllifi və banisi Böyük Rəhbər Heydər Əliyevdir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü Azərbaycanın ideya əsasının müəllifi və banisi Böyük Rəhbər Heydər Əliyevdir.

Bunu İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal Natiq Çıraqzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman öz içərisindən tarixi dövlətçilik ənənələrimizin davam etdirilməsi uğrunda böyük əməklər sərf etmiş dahilər çıxarıb: “Bu mənada XX əsrdən etibarən xalqımızın böyük və güclü Azərbaycan ideyasının əsas müəllifi və banisi Ümummilli lider, Böyük Rəhbər Heydər Əliyevdir. Ən çətin və çıxılmaz vəziyyətdə yurdumuzun faktiki böhran durumundan ağıllı və düşünülmüş siyasi doktrina hesabına qurtuluşuna həsr olunmuş 80 illik ömürə sığmış misilsiz xidmətlər, Azərbaycan dövlətçiliyi, 50 milyondan artıq Azərbaycan türkü və bütöv Azərbaycan ideyası var olduqca daima yaşayacaq. Bu gün Azərbaycan, Ulu Öndərin miras qoyduğu münasibətlər, dəyərlər və prinsiplər əsasında Cənubi Qafqazın lider dövləti kimi dünyanın bütün siyasi dairələri və dövlətlərinin birbaşa əməkdaşlıqda maraqlı olduğu məmləkətə çevrilib”.

N.Çıraqzadə bildirib ki, məhz bu prinsiplər bizi, öz maraqlarımız naminə bütün dünya birliyi qarşısında haqlı mübarizəmizdə israr etməyə, tarixi ədaləti bərpa istiqamətində missiyamızı genişləndirməyə böyük motivasiya rolunu oynayır:

“Birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanda əsaslı iqtisadi-sosial sistem, sənaye, böyük neft strategiyası, ordu və dövlət quruculuğu, milli mənafelərimizin qorunması və müdafiəsi uğrunda inkişaf etdirilmiş xarici siyasət kursu 1990-cı illərin əvvəlində işğala məruz qalmış tarixi Azərbaycan torpaqlarının azad edilməsinə üçün siyasi-diplomatik,iqtisadi və hərbi zəmin yaradıb. Azərbaycan gəncliyi, Azərbaycan ictimaiyyəti və ümumi mənada bütün millətimiz, dünya siyasət tarixinə adını qızıl hərflərlə həkk etdirmiş müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin bir millətin yenidən var olması,yenidən dirçəlməsi və beynəlxalq birliyin layiqli üzvü olması məqsədilə sərf etdiyi böyük əməkləri əsla unutmayacaq və unutdurmayacaq.
Bizi bu Vətənin bölünməz bütövlüyü naminə xidmət etməkdən heç bir qüvvə geri çəkindirə bilməz və Ulu Öndərin siyasi irsi də, Azərbaycan gəncliyi tərəfindən yorulmadan xalqımız, kökləri min illərə uzanan Azərbaycan dövlətçiliyinə xidmət etməyə istiqamətlənib”.