Güney Azərbaycan Müvəqqəti Milli Məclisi qurulacaq. Bununla bağlı məclisin Təşkilat Komitəsi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, 1 oktobr 2022-ci il tarixdə Türkiyənin Ankara şəhərində Güney Azərbaycanın azadlığı və qurtuluşu uğrunda İran-Fars rejimi ilə yorulmadan, qorxmadan mübarizə aparan Güney Azərbaycanlı siyasi-mədəni aktivistlər xaricdə Güney Azərbaycan Müvəqqəti Milli Məclisinin Təşkilat Komitəsinin yaradılmasına qərar veriblər.
Təşkilat Komitəsi:
– Bir ay içində Güney Azərbaycan Müvəqqəti Milli Məclisinin Tüzüyünü (Əsasnaməsini) və fəaliyyət yönlərini hazırlayır;
– Güney Azərbaycanın 91-101 nəfərlik Seçici Məclis üzvlərini müəyyənləşdirir;
– Milli Məclisin tərkibini Güney Azərbaycan Seçici Məclisinin nümayəndələri müəyyənləşdirir;
– Milli Məclisin ilk toplantısının vaxtını və yerini müəyyənləşdirir;
– Milli Məclisin Təşkilat Komitəsinin yaranması ilə bağlı dünya kütləvi informasiya vasitələrinə məlumat verir.