“Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”.
İnterpress.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze bildirib.
O, parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini deyib: “Seçkilərdən sonra müşahidəçi olan beynəlxalq təşkilatlar və dost ölkələrdən də müvafiq qiymətləndirmələr oldu. Növbədənkənar seçkilər səsvermə prosesinin saxtalaşdırıldığı zaman keçirilir. Proses zamanı bəzi kiçik qeyri-dəqiqliklər olub, lakin onlar yalnız texniki xarakter daşıyıb”.
Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-də baş tutan parlament seçkilərindən sonra ölkədə siyasi gərginlik yaranıb. Qanunverici orqana keçən 8 müxalifət partiyası seçkilərin qeyri-legitim olduğunu bildirərək deputat mandatlarından imtina edib. Müxalifət seçkilərin nəticələrinin ləğvini və təkrar seçkilərin təyin olunmasını tələb edir
İnterpress.az