Gürcüstan azərbaycanlı turistlərdən 23 milyon dollar gəlir əldə edibbackend

Gürcüstan azərbaycanlı turistlərdən 23 milyon dollar gəlir əldə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel ayında Gürcüstanın beynəlxalq ziyarətçilərdən əldə etdiyi gəlirin məbləği 188,6 milyon ABŞ dolları təşkil edib.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.

Sənədə əsasən, həcm illik müqayisədə təxminən dəfə çoxdur.

Hesabat ayında qonşu ölkənin əldə etdiyi gəlirin 6,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. Yanvar-apreldə isə Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb.

Apreldə Gürcüstana ən çox gəlir gətirən ölkələrin ilk üçlüyünə Avropa İttifaqı ölkələri (20,8 milyon ABŞ dolları), Ukrayna (19,5 milyon ABŞ dolları) və Türkiyə (15 milyon ABŞ dolları) daxil olub.