Gürcüstan prezidenti Ermənistan və Azərbaycana dialoq üçün platforma təklif edibbackend

Gürcüstan prezidenti Ermənistan və Azərbaycana dialoq üçün platforma təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistan və Azərbaycan liderlərinə müraciət edərək, Tbilisidə Qarabağ münaqişəsinin həlli ilə bağlı istənilən formatda danışıqlar aparmaq üçün bir platforma təşkil etməyə hazır olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS xəbər yayıb.

O, hər iki ölkənin prezidentinə müraciət edərək, aralarındakı dialoqu ən qısa müddətdə bərpa etməyə çağırıb:

“Biz Tbilisini istənilən danışıqları keçirmək üçün uyğun yer halına gətirməyə hazırıq. Tərəflərin istədiyi hər şeyə hazırıq”, – deyə Gürcüstanın prezidenti Milli Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə həsr olunmuş iclasından sonra keçirilən brifinqdə deyib.

 

İnterpress.az