Gürcüstan quru sərhədlərini açırbackend

Gürcüstan quru sərhədlərini açır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti quru sərhədlərini açmağı planlaşdırır.

Bunu Gürcüstanın istisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava deyib.

Onun sözlərinə görə, quru sərhədlərinin açılması koronavirus pandemiyasının 3-cü dalğasının keçməsindən sonra baş tutacaq.

“Quru sərhədlərinin açılması planlaşdırılır, amma bu, üçüncü dalğanın ötməsilə üst-üstə düşməlidir. Bnu da bir neçə həftənin məsələsidir”, – Turnava bildirib.

Qeyd edək ki, Gürcüstanın quru və dəniz sərhədləri 2020-ci ilin martından bağlıdır. Hava sərhədiu isə 2021-ci ilin fevralın 1-dən açıqdır.

 

 

İnterpress.az