Avropa Komissiyasının məlumatına görə, 2022-ci ildə Gürcüstan vətəndaşlarının Avropa İttifaqına daxil olmasına görə imtinaların sayı 31% artıb – Gürcüstan vətəndaşlarının ölkəyə qayıtması ilə bağlı verilən qərarların sayı 50% artıb.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vizanın liberallaşdırılması ilə bağlı hesabatında qeyd olunub.
Avropa Komissiyasının məlumatına görə, 2022-ci ildə Gürcüstan vətəndaşları Aİ-yə üzv ölkələrə beynəlxalq müdafiə üçün 26 450 müraciət edib ki, bu da 2021-ci illə müqayisədə (14 635 müraciət) 81% çoxdur.
Onların hesabatına görə, 2022-ci ildə bu müraciətlər üzrə müsbət qərarlar 5%-dən (2021-ci ildə) 7%-ə (2022-ci ildə) yüksəlib.
Avropa Komissiyasının məlumatına görə, 2022-ci ildə Aİ-yə üzv ölkələrə Gürcüstan vətəndaşları tərəfindən 25 qeyri-qanuni sərhədi keçmə faktı qeydə alınıb.
Həmçinin, hesabata görə, 2022-ci ildə Gürcüstan vətəndaşlarının Aİ ölkələrində qeyri-qanuni qalma hallarının sayı 2021-ci illə müqayisədə 87% artıb – 2022-ci ildə 21 910 nəfər, 2021-ci ildə 11 695 nəfər.
Gürcüstan vətəndaşları üçün Avropa İttifaqına daxil olmaqdan imtinaların sayı 31% artıb, yəni: 2022-ci ildə 3970 imtina, 2021-ci ildə isə 3030 imtina.
Həmçinin, Gürcüstan vətəndaşlarının ölkəyə qayıtması ilə bağlı verilən qərarların sayı 50% artıb, yəni: 2022-ci ildə 16 275 qərar, 2021-ci ildə isə 10 820 qərar.