Gürcüstanda oğru dünyası ilə əlaqəli 13 nəfər saxlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Əməliyyat tədbirlər Tbilisi, Kutaisi və Svanetidə həyata keçirilib.
Belə ki, 1965-ci il təvəllüdlü İ.K., 1994-cü il təvəllüdlü Z.Ç., 1996-cı il təvəllüdlü A.F., 1973-cü il təvəllüdlü Q.F., 1995-ci il təvəllüdlü M.Q., 1989-cu il təvəllüdlü D.K., 1993-cü il təvəllüdlü S.B., 1968-ci il təvəllüdlü Q.A., 1990-cı il təvəllüdlü D.Z. (“Kera” ləqəbli), 1985-ci il təvəllüdlü Q.K., 1973-cü il təvəllüdlü K.V., 1977-ci il təvəllüdlü P.Z. və 2000-ci il təvəllüdlü A.Z. –ni hakimin hökmü əsasında “oğru dünyasına üzv olmaq”, “oğru dünyanın fəaliyyətinə dəstək vermək” və “oğru dünyanın üzvünə müraciət etmək” ittihamı ilə saxlanılıb.
İş üzrə aparılan kompleks istintaq tədbirləri ilə adıçəkilən şəxslərin müxtəlif cinayət əməllərində fəal iştirak etdikləri müəyyən edilib.
Axtarış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlarını sübut kimi götürüblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü Prima maddəsinin birinci hissəsi, 223-cü Tertia maddəsinin 2-ci hissəsi və 223-cü Kvarta maddəsinin 1-ci hissəsi ilə aparılır.
Cinayətlər 10 ilə qədər həbslə cəzalandırılır.