Gürcüstanda hər dörd qadından biri partnyorunun zorakılığının qurbanına çevrilib.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu, Avropa İttifaqının dəstəyi ilə BMT-nin Qadınlar Təşkilatının apardığı araşdırmada deyilir.
Eyni araşdırmaya görə, Gürcüstanda hər ikinci qadın həyatı boyu ən azı bir zorakılığa məruz qalıb, 24% – psixoloji zorakılıq; 8% – iqtisadi zorakılıq; 6% – fiziki zorakılıq; 4% – cinsi zorakılıq.
Gürcüstanda yaşı 18-dən az olan qadınların 8,5%-i cinsi zorakılığa məruz qalıb.
Araşdırmaya görə, yoldaşından fiziki və ya cinsi zorakılığa məruz qalan hər beşinci qadın travma da alıb. Hadisələrin 45,8%-i uşaqların iştirakı ilə baş verib. Bu qadınların 16,8%-i ən azı bir dəfə intihar etmək və ya özünə zərər vermək barədə düşünüb.
Yeni milli araşdırmada qeyd edilib ki, qadınlar bu hadisələrin 41%-nin küçədə baş verdiyini deyirlər; 28% – ictimai nəqliyyatda; 11% – məktəbdə və ya universitetdə; 8% – iş yerində. Gürcüstanda qadınların 8,5%-i təqibə məruz qalıb.
Şəhərlərdə yaşayan 15-24 yaş arası qızlar daha çox təqibin qurbanı olurlar. Qızlar bu mənfi təcrübəni 89% hallarda kişilərdən, 57,5% hallarda isə yad adamlardan alıblar.
Gürcüstanda ər və arvad arasında zorakılığın yalnız onların şəxsi işi olduğuna daha az inanırlar, lakin hər 5-ci qadın və 3-cü kişi hələ də başqalarının ailə işlərinə qarışmamalı olduqlarını düşünürlər.
Qadınların çoxu yaşadıqları zorakılıqdan danışmır. 38,2% bu mövzuda heç kimlə danışmayıb; 10 qadından 2-si hansısa təşkilatdan kömək istəyib;
Hər 10 nəfərdən 1-i polisə müraciət edib.
Kəmiyyət araşdırması çərçivəsində istər paytaxtda, istərsə də digər şəhər və kəndlərdə 15-69 yaşlı 3300 qadın və 1100 kişi ilə müsahibə aparılıb.