Gürcüstan DİN miqrasiya qaydalarını pozan macarıstanlı jurnalisti saxlayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə “TV Pirveli” telekanalı məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) ölkədə rəsmi miqrasiya qaydalarını pozduğuna görə macarıstanlı jurnalist Laslo Robert Mezeşi saxlayıb.
Nazirliyin verdiyi rəsmi məlumata görə, macarıstanlı jurnalist ölkə ərazisində hər hansı qanuni əsas olmadan qalıb və icazə verilən müvəqqəti yaşayış müddətini kəskin şəkildə pozub.
Qeyd olunur ki, saxlanılan jurnalist bundan əvvəl Tiflisdə keçirilən bir çox hökumət əleyhinə etiraz aksiyalarında və nümayişlərdə fəal iştirak edib.
Faktla bağlı müvafiq miqrasiya araşdırmaları aparılır.
Qanunvericiliyi və yaşayış müddətini pozan jurnalistin yaxın vaxtlarda rəsmi şəkildə Gürcüstandan deportasiya ediləcəyi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.аz






