2023-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstanda parkinqlərə görə tətbiq edilən cərimələrin məbləği təxminən 5 dəfə, yəni 356% artıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Gürcüstanın vahid büdcəsinin (konsolidasiya edilmədən) daxilolmalarına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında paytaxtda parkinq qaydalarının pozulmasına görə verilən cərimələrdən büdcəyə 13,227 milyon lari daxil olub.
Bundan başqa, ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan pulların məbləği də artıb.
Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə sanksiyalar və cərimələrdən 158 milyon 491 milyon lari, ötən ilin 9 ayında isə 130 milyon 567 milyon lari daxil olub.
Məlumat üçün bildirək ki, ötən ilin payızından parkinq qaydalarının pozulmasına görə cərimələr 10 laridən 50 lariyə qədər artıb, ona görə də həcm artımı qismən bu dəyişikliklə bağlıdır.