Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı qızın anası həbs edildibackend

Gürcüstanda qətlə yetirilən 14 yaşlı azərbaycanlı qızın anası həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rustavi Şəhər Məhkəməsi tərəfindən qətlə yetirilən qızın anası və qohumuna qarşı 14 yaşlı qızı zorla ərə vermə və cinayət barədə xəbər verməmə işi üzrə həbs qətimkan tədbiri seçilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, hakim Madonna Maisuradze qərarı bir neçə dəqiqə əvvəl elan edib.

İttiham tərəfi olan prokurorluq təqsirləndirilən şəxslər barəsəsində həbs qətimkan tədbiri seçilməsini istəyib və məhkəmə onu təmin edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 11-də hakimin hökmü əsasında zərərçəkmişin qohumunu saxlayıb.

Prokurorluq cinayəti törədən hər iki şəxsi əvvəlcədən bilə-bilə yetkinlik yaşına çatmayan uşağı nikaha məcbur etmə və cinayət barədə xəbər verməmə faktlarında ittiham edib.

Bundan başqa, məlum olduğu kimi, 14 yaşlı azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan 143-cü maddənin 3-cü hissəsinin “D” yarımbəndi (Yetkinlik yaşına çatmayanı qabaqcadan tanıyan cinayətkarı qanunsuz olaraq azadlıqdan məhrum etmə) ilə ittiham olunub. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.