Bu gündən Gürcüstanda qripə qarşı vaksinasiyaya başlanılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, xəstəliyin ağırlaşma riski yüksək olan risk qruplarına qrip virusuna qarşı peyvənd ödənişsiz həyata keçirilir.
Gürcüstan hökuməti gözlənilən ştamlara uyğunlaşdırılmış “Abbott Biologicals BV” şirkətinin istehsalı olan dördkomponentli peyvəndin 200 min dozasını alıb.