Gürcüstanın baş naziri müxalifətin və Qərbin ATƏT/DTİHB-nin 2024-cü il parlament seçkiləri ilə bağlı gəldiyi nəticəni tanımasını gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə İrakli Kobaxidze Acarıstan İctimai Televiziyasının efirində bildirib.
“Onlar əvvəlki qənaəti qəbul edən kimi biz ATƏT/DTİHB-nin yeni missiyasının (oktyabrda keçiriləcək bələdiyyə seçkilərin)] dəvəti ilə bağlı ciddi müzakirələri dərhal davam etdirəcəyik”,- o deyib.
Xuraman Etibarlı
İnterpress.az