Gürcüstanın xarici borcu bir ayda təxminən 80 milyon dollar artıbbackend

Gürcüstanın xarici borcu bir ayda təxminən 80 milyon dollar artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir il ərzində Gürcüstanın dövlət xarici borcu 730,156 milyon dollar, əvvəlki ayla müqayisədə isə 79,823 milyon dollar artıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2023-cü ilin aprel ayına olan məlumata görə, Gürcüstanın dövlət xarici borcu 8,552 milyard dolları, bugünkü məzənnə ilə isə 21,353 milyard larini ötüb. 2022-ci ilin aprelinə borcun məbləği 7,822 milyard dollar və ya o vaxtkı məzənnə ilə 23,930 milyard lari olub. 2023-cü ilin mart ayının məlumatlarına gəlincə, dövlətin xarici borcu 8,473 milyard dollar və ya o vaxtkı məzənnə ilə 21,694 milyard lari təşkil edib.

2023-cü ilin aprelinə olan məlumata görə, Gürcüstanın ən böyük kreditorları bunlardır: Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB) və Beynəlxalq İnkişaf Bankı (IBRD).

O cümlədən, dövlətin Avropa İnvestisiya Bankına borcu – 1,012 milyard dollar; Beynəlxalq İnkişaf Bankı-na 1,336 milyard dollar, Asiya İnkişaf Bankına isə 2,123 milyard dolları ötür.