Haitidə daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 51-ə çatıbbackend

Haitidə daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 51-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haitidə güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 51-ə yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Haiti Mülki Müdafiə Müdirliyi (DPC) sel və torpaq sürüşməsi fəlakətində ölənlərin sayının artdığını bildirib.

Sel və sürüşmə nəticəsində həyatını itirənlərin sayı 51-ə yüksəlib.

Belə ki, yeni ölənlərin sayı 18, yaralananların sayı isə 140-a çatıb.

Ölkə üzrə 820 evin tamamilə dağıldığı, 31 min 591 evin su altında qaldığı, 40 min ailənin təxliyə edildiyi bildirilib.

Ölkənin qərbinin daşqından ciddi zərər çəkdiyi, bölgənin sığınacaq, qida, gigiyena məhsulları və təmiz suya ehtiyacı olduğu açıqlanıb.

Baş nazir Ariel Henri milli və beynəlxalq yardımın göstərilməsi üçün təcili addımların atıldığını bəyan edib.

Haitidə iyunun 5-də davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 8 nəfər həyatını itirib, 15 nəfər isə həyatını itirib.

2016-cı ildə Haitidə “Metyu” qasırğası nəticəsində 800-dən çox insan həlak olub.