Haitidə həbsxanalarda məhbuslar aclıq və susuzluqla üzləşiblərbackend

Haitidə həbsxanalarda məhbuslar aclıq və susuzluqla üzləşiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karib hövzəsindəki Haiti ölkəsinin həddən artıq izdihamlı həbsxanalarında məhbuslar bir çox problemlərlə, xüsusilə aclıq və susuzluqla mübarizə aparır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Haitidə həbsxanalarda məhbuslar aclıq və susuzluqla üzləşirlər

Həddən artıq izdihamlı həbsxanalardakı məhbuslar bir çox problemlə, xüsusən də aclıq və susuzluqla mübarizə aparırlar.

Birləşmiş Millətlər Təşkilatının məlumatları ötən il Haitidə 185, ilin əvvəlindən isə 20-dən çox məhbusun öldüyünü ortaya qoyub.

Bildirilib ki, paytaxtdakı həbsxanada vərəmdən əziyyət çəkən məhbuslara lazımi qayğı göstərilməyib, insanların əksəriyyətinin gün ərzində su və yemək imkanı yoxdur.

50 yaşlı Fransua Qausli motosiklet oğurladığı iddiası ilə 4 ildir həbsdə olduğunu bildirib: “Heç kim mənə yemək gətirmir. Mən gündə yalnız bir dəfə yeyə bilirəm. Bəzən düyü, bəzən də yulaf olur”.

Digər tərəfdən, məhbuslar yatmağa yer olmadığı üçün gecələri oyaq qalmaq məcburiyyətində qalırlar. Saxlanma müddətinin normal olaraq 48 saat olduğu ölkədə bu qanun yerinə yetirilmir və həbs müddətləri uzanır.

Haitidə məhbusların 80 faizinin mühakiməni gözlədiyi bildirilsə də, insan haqları ekspertləri bu şəxslərin hakim qarşısına çıxmasının illərlə lazım ola biləcəyinə diqqət çəkir.

Bəzi məhbusların ailələri yemək və su gətirirlər, lakin onların həbs müddəti uzandıqca bu, dayanıqlı olmur.