Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk.
İnterpress.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın yenidənqurulmasında Türkiyə ilə məsləhətləşmələr aparır.
“Cənab İlham Əliyev Türkiyə ilə Suriyanın təhlükəsizliyi, infrastrukturu və iqtisadiyyatına dəstəklə bağlı iş aparır. Azərbaycanın verdiyi
hər bir dəstək bizim üçün çox dəyərlidir. Bu məsələdə edilən təşəbbüsləri alqışlayırıq”, – Fidan qeyd edib.
XİN başçısı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında sadəcə qardaşlıq deyil, dövlət qurumları arasında peşəkar əməkdaşlıq da mövcuddur.