Hakim partiya namizədi Zaur Darğallı keçirilən bütün sorğularda qalibdibackend

Hakim partiya namizədi Zaur Darğallı keçirilən bütün sorğularda qalibdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Gürcüstandakı hakim partiya və onun namizədi Zaur Darğallı keçirilən bütün sorğularda qalibdir. Gürcüstanda oktyabrın sonu parlament seçkiləri keçiriləcəkdir, bununla bağlı bir sıra beynəlxalq qurumlar əhali arasında sabax seçkilər olsaydı səsiniz kimə olacaqdır? Sualı ilə sorğular keçirməkdədir. Növbəti sorğu İngiltərənin Survation şirkəti “Rustavi 2” telekanalının sifarişi ilə regionlar üzrə majoritar dairələrdə keçirdiyi sorğunun nəticələri açıqlanıb. Sorğu Marneuli-Qardabani majoritar dairəsini də həyata keçirilib. Marneuli-Qardabani parlament seçkiləri bu gün keçirilsəydi, seçicilərin seçimi aşağıdakı kimi olardı: “Gürcü Arzusu”ndan Zaur Darğallı – 56% Vahid Milli Hərəkatdan Azər Süleymanov – 33% “Avropalı Gürcüstan”dan Əhməd İmamquliyev – 5% “Lelo”dan Murad Muradov – 5% “Leyboristlər” partiyasından Əli Bədirov –1% Qeyd edək ki, sorğu 19-27 sentyabr tarixlərində 1810 respondent arasında aparılıb. Sorğu respondentlərin evində üz-üzə görüşmə üsulu ilə aparılmışdır. Bu günədək keçirilən bütün sorğuların nəticəsində hakim partiya faiz etibarı ilə qalib gəlir.

 

İnterpress.az