“Qarabağ”la oyun bizim üçün çox vacibdir”.
İnterpress.az xəbər verir ki, bunu İsveçin “Hakken” klubunun futbolçusu Edvard Çilufya UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı danışarkən deyib.
Zambiyalı yarımmüdafiəçi ölkə çempionatında AİK üzərində qazanılan qələbənin davamını gətirmək istədiklərini bildirib: “Çətin oyun olacaq. Ancaq komanda olaraq bu matça hazırıq. Qrupda ilk qələbəmizi qazanaraq, vəziyyəti düzəltməyə çalışacağıq”.
Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.