Şeremetyevoda kişi körpə uşağa yaxınlaşıb və onu tutub yerə atıb. Hazırda uşaq komadadır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
31 yaşlı belaruslu Vladimir Vitkovun Qahirədən gəldiyi dəqiqləşib.
Baqajın qəbulu sahəsində o, qəfildən Kabildən gəlmiş əfqan ailəsinə yaxınlaşaraq 2 yaşlı Məhəmməd Əfzəli tutub və baş üstə yerə çırpıb.
İlkin ehtimala görə, kişi narkotik maddə qəbul edib. Hücumdan sonra o, gün eynəyini taxıb və yerə uzanıb.
İki yaşlı uşaq komadadır, onurğası və kəllə sümüyü sınıb, qapalı kəllə-beyin travması var.
Qeyri-adekvat insanı 15 il həbs gözləyir – Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işi açıb.
Xuraman Etibarlı
İnterpress.az