Moskvanın Domodedovo hava limanında 22 yaşlı qızın baqajından 9,3 milyon rubl dəyərində brend əşyalar aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FTS) məlumat yayıb.
Məlumata görə, Domodedovo gömrükçüləri ölkəyə daxil olan 22 yaşlı Rusiya vətəndaşının baqajını yoxlayarkən bəyan edilməmiş brend zərgərlik məmulatları, çantalar və geyimlər aşkarlayıblar.
Müsadirə olunan qiymətli əşyaların ümumi dəyərinin 9,3 milyon rubl (təxminən 189 min manat) olduğu bildirilir.
Gənc qız ifadəsində həmin əşyaları rəfiqəsinin xahişi ilə onun qardaşına çatdırmaq üçün gətirdiyini iddia edib.
O, gömrük qaydalarından xəbərdar olduğunu, lakin baha qiymətli malları bəyan etməməyə qərar verdiyini etiraf edib.
Xuraman Etibarlı
İnterpress.az






