Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) son durumu haqda danışıb.
Aktrisa Teleqraf.com-a açıqlamasındadeyib ki, hazırda xəstəxanada ona qan köçürülür: “Qanım aşağı düşüb. Görək nə zaman kimyaterapiya edəcəklər. Qan aşağı olanda kimyaterapiya edilmir. Yeddi-səkkiz kimyaterapiya qalıb. Bunlar bitdikdən sonra MRT olacaq”.
Qeyd edək ki, Tünzalə Əliyeva Milli Onkologiya Mərkəzində müalicə edilir.