Başqırdıstanda həbsdən yenicə çıxan qatı cinayətkar yenidən qətl törədib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Başqırdıstan Respublikasında həbsxanadan yenicə azadlığa buraxılan 33 yaşlı residivist daha bir amansız qətl törədib. Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
Məlumata görə, həyətdə sərxoş vəziyyətdə baş verən mübahisə zamanı cinayətkar qarşı tərəfə hədə-qorxu gələrək ona qəfil bıçaqla zərbə endirib.
Ağır yaralanan şəxs bir neçə saniyə ayaq üstə qalmağa çalışsa da, az sonra yerə yıxılaraq hadisə yerindəcə dünyasını dəyişib.
Məlum olub ki, qatil əvvəllər də qəsdən bədənə ağır xəsarət yetirmə və ölümlə nəticələnən cinayət əməlinə görə uzunmüddətli həbs cəzası çəkib.
İndi asayişi pozan və təkrar cinayət törədən həmin şəxsi yeni və daha ağır cəza gözləyir.
Xuraman Etibarlı
İnterpress.аz






