“Hər gün Ukraynaya təxminən 40 raket atılır” – Zelenskibackend

“Hər gün Ukraynaya təxminən 40 raket atılır” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruslar Ukraynanın xarabalığa çevrilməsinə çalışırlar”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Danimarka parlamanentinə müraciətində deyib.

“Bu səhər də belə olub. Nikolayev hədəf alınıb. Nəticədə 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Onlar Rusiya üçün heç bir təhlükə yaratmasalar da, hədəfdə alınırlar”, – dövlət başçısı söyləyib.

V.Zelenski bu müharibəi İkinci Dünya savaşı ilə müqayisə edib:

“Bizə qarşı qəddarlıq İkinci Dünya müharibəsindəki vandallıqdan daha çoxdur. Bu, Avropa üçün ən dağıdıcı müharibələrdən biridir. Onlarla şəhərimiz, infrastuktur obyektimiz dağıdılıb, məhv edilib. Onlardan 773-ü təhsil müəssisəsidir. Hətta dilsələr, Holokost qurbanlarının xatirəsinə ucaldılmış abilədər də hədəfdir. Ruslar Ukraynanın xarabalığa çevrilməsinə çalışırlar”, – o bildirib. (report)