Hindistan və Pakistanda bu gün gözlənilən Biparjoy qasırğası səbəbindən 100 mindən çox insan riskli bölgələrdən təxliyə edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Benqal dilində “fəlakətli” mənasını verən “Biparjoy” qasırğasının axşam saatlarında quruya güclü zərbə vuracağı gözlənilir.
Güclü küləklər, dalğalar və leysan yağışların Hindistanın Qucarat əyalətindəki Mandvi ilə Pakistanın Kəraçi əyaləti arasında 325 kilometrlik sahil zolağına çarpacağı gözlənilir.
Hindistan Meteorologiya Xidməti, Hindistanın Jakhau limanı yaxınlığında da təsirli olacaq fırtına səbəbindən palçıqdan hazırlanmış ənənəvi evlərin “tamamilə məhv ola biləcəyi” xəbərdarlığını edib.
Hindistanın Qucarat əyalətində 47 mindən çox insanın sahillərdən və alçaq ərazilərdən təxliyə edildiyi açıqlanıb.
Pakistanın İqlim Dəyişikliyi Naziri Sherry Rehman ölkənin cənub-şərq sahillərindən 62 min insanın təxliyə edildiyini açıqlayıb.






