Hindistanda 300-dən artıq insan naməlum xəstəliyə görə xəstəxanaya yerləşdirilib – FOTObackend

Hindistanda 300-dən artıq insan naməlum xəstəliyə görə xəstəxanaya yerləşdirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

 

Cənubi Hindistanın Andhra-Pradeş ştatında 315 nəfər naməlum xəstəlikdən xəstəxanaya yerləşdirilib, bir nəfər isə ölüb.

Bu barədə “The Hindu” xəbər yayıb.

Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərdən 46-sı uşaq, 70-i isə qadındır.

Xəstələrdə huşunu itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur.

Bir çoxunda vəziyyət stabil olaraq qalır.

Xəstələrdə koronavirus aşkarlanmayıb.

“Xəstəliyin törədicisi müəyyən edilməyib”, – deyə yerli səhiyyə orqanlarının nümayəndələri bildiriblər.

Ehtimal edilir ki, havanın çirklənməsi və ya keyfiyyətsiz məhsulların istifadəsi nəticəsində kütləvi yoluxma baş verib.

 

İnterpress.az