Hindistanın Kəlkütə şəhərindəki Netaji Subhash Chandra Bose Beynəlxalq Hava Limanında yanğın baş verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Naməlum səbəbdən uçuşdan əvvəl nəzarət-buraxılış məntəqəsində yanğın baş verib və sərnişinlərin olduğu açıqlanıb. Gözləmə otağı tüstü ilə dolduğu üçün insanlar təxliyə edilib.
Ölkənin şərqindəki ən böyük hava limanında baş verən yanğının qısa müddətdə nəzarət altına alındığı, ölən və yaralanan olmadığı, uçuş əməliyyatlarının bərpa edildiyi bildirilib.
Netaji Subhaş Çandra Bose beynəlxalq hava limanında baş verən yanğınla bağlı araşdırmalara başlanılıb.