Hindistanda bombanın partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıbbackend

Hindistanda bombanın partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Qərbi Benqal əyalətinin paytaxtı Kəlkütədə bombanın partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kəlkütənin Mürşidabad rayonunda manqo bağında bomba partlayıb.

Partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qərbi Benqalın bəzi rayonlarında və kənd yerlərində iyul ayında keçiriləcək yerli seçkilərdən əvvəl əyalətdə şiddətin artmağa başladığı, iki həftə ərzində baş verən hadisələrdə 8 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilir.

Ştatdakı siyasi partiyalar zorakılıqda bir-birini günahlandırır.