Hindistanda dəhşətli qatar qəzası ilə bağlı 3 nəfər saxlanılıbbackend

Hindistanda dəhşətli qatar qəzası ilə bağlı 3 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda 293 nəfərin ölümü ilə nəticələnən qatar qəzası ilə bağlı 3 nəfər saxlanılıb.

Hindistanın Federal Təhqiqat Təşkilatı Mərkəzi Təhqiqat Bürosu (CBI) iyunun 2-də baş verən və 293 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının istintaqı çərçivəsində 3 nəfərin nəzarətə alındığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hindistanda baş verən qatar qəzasından sonra aparılan araşdırmada yeni irəliləyişlər olub.

İstintaqı aparan orqan 3 dəmiryol işçisinin “sərnişinlərin təhlükəsizliyini təhlükə altına atmaq”, “ehtiyatsızlıqdan adam öldürmək” və “dəlilləri ört-basdır etmək” ittihamları ilə saxlanıldığını açıqlayıb.

Bu şəxslərin mühəndis-texniki işçi olaraq çalışdığı və istintaqın davam etdiyi bildirilib

Cümə günü, iyunun 2-də Orissa ştatının Balasore bölgəsindəki Bahanaga Bazar qatar stansiyası yaxınlığında iki sərnişin və bir yük qatarının iştirakı ilə baş verən qəzada 293 nəfər həyatını itirib, 1000-dən çox insan yaralanıb.

Dəmir yolu orqanlarının başlatdığı araşdırmada, ilk təsbitlərə görə qəzaya “siqnal xətası”nın səbəb ola biləcəyi bildirilib.

Coromandel Express üçün tranzit siqnalı verilsə də, sonra siqnal kəsilsə də, əsas xəttə daxil olan qatar yük qatarı ilə toqquşub.