Hindistanda döyüş təyyarəsinin yaşayış məntəqəsinə düşməsi nəticəsində iki mülki şəxs həlak olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, “MiQ-21” tipli döyüş təyyarəsi ölkənin qərbindəki Racastan əyalətinin Hanumanqarh bölgəsində yaşayış məntəqəsinə düşüb.
Qəzada 2 mülki vətəndaş həyatını itirib, 1 mülki şəxs yaralanıb.
Bildirilib ki, təyyarə adi uçuş zamanı qəzaya uğrayıb və pilot yüngül xəsarət alıb.