Hindistanın Assam əyalətinin polis qüvvələri kök polislərin vəzifədən uzaqlaşdırılacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Assam polis rəisi Gyanendra Pratap Singh avqust ayından etibarən polisin bədən kütləsi indeksinin (BMI) hesablanacağını bildirib.
Müvafiq olaraq, “obez” kateqoriyasına daxil olan dövlət qulluqçularına noyabr ayına qədər vaxt veriləcək, arıqlaya bilməyənlər isə işdən çıxarılacaq.
Karnataka əyalətində polis qüvvəsi 2018-ci ildə oxşar təcrübə tətbiq edərək arıqlamayan məmurların vəzifədən uzaqlaşdırılacağını açıqlayıb.
Qurum rəsmisi bildirib ki, bu qərar bəzi polis əməkdaşlarının o vaxt həyat tərzinə görə ürək problemi və şəkər xəstəliyindən həyatını itirməsindən sonra verilib.