Hindistanda qasırğadan 3 nəfər ölübbackend

Hindistanda qasırğadan 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Qucarat əyalətində Biparjoy qasırğasının təsirli olduğu sahil bölgələrində 3 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Biparjoy fırtınası Qucaratın sahil bölgələrində təsirli olmağa başlayıb.

Ştatın 8 rayonunda 37 mindən çox insan təxliyə edilib, fırtına nəticəsində uçan divarlar altında ikisi uşaq olmaqla ən azı üç nəfər həlak olub.

Hindistanın daxili işlər naziri Amit Şah son illərdə fırtınaların sayında artım olduğuna diqqət çəkib.

Hindistan Meteorologiya Departamenti (IMD) “potensial zərərli” hesab edilən fırtınanın sabah Cakhau limanı yaxınlığındakı Sauraştra-Kutch sahillərini keçəcəyini açıqlayıb.

Biparjoy qasırğasının sürətinin saatda 150 kilometrə çata biləcəyi qeyd edilir.

Rəsmilər fırtınanın bir neçə günə Racastan əyalətinə çatacağını proqnozlaşdırırlar.