Hindistanın Uttarakhand əyalətində transformatorun partlaması nəticəsində 15 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polis əməkdaşı Parmendra Doval bildirib ki, partlayış nəticəsində 6-sı polis olmaqla 15 nəfər elektrik cərəyanı vuraraq həyatını itirib.
Doval yaralıların Uttarxand əyalətinin Çamoli rayonundakı xəstəxanaya çatdırılması barədə məlumatı çatdırıb.
Partlayışın səbəbinin hələ müəyyən edilmədiyini bildirən əyalətin baş naziri Puşkar Sinq Dhami hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
Püskürmə musson yağışları səbəbindən ölkənin şimalındakı əksər çayların rekord həddə çatdığı bir vaxtda baş verib.
Aprel ayında Hindistanda keçirilən festival zamanı yük maşınının elektrik xəttinə toxunması nəticəsində 11 nəfəri elektrik cərəyanı vurub və ölüb.